Məktəb Marşı
 
Musiqisi : Mahir ƏSGƏROV
Sözləri : Zəminə XINALI

 


Birləşin azəri-türk övladları,
Düşmənin ürəyi, həm qəlbi yansın.
Bütün yer üzündə sülhün sədası,
Azadalıq,ədalət qoy zəfər çalsın.
Müstəqil dövlətimin hərbi məktəbi,
Heydər Əliyev adına hərbi məktəbi.

         Hərbin sirlərini öyrənəcəksən,
         Parlayan, sönməyən bir gələcəksən
         Hər zaman dillərdə sən gəzəcəksən,
         Elimi-obamı bəzəyəcəksən.
         Müstəqil dövlətimin hərbi məktəbi,
         Heydər Əliyev adına hərbi məktəbi.

Vətən harayını neçə oğullar
İgid, mərd zabitlər yetirdin özün,
Xoş mьjdə, qələbə, sülh sorağını,
Zəfər bayrağını gətir sən özün.
Müstəqil dövlətimin hərbi məktəbi,
Heydər Əliyev adına hərbi məktəbi.

         Müqəddəs şəhidlər ölməz ruhunu
         Tarix yaddaşında yaşadacaqsan.
         Üç rəngli bayrağı mavi səmada
         Ən yüksək zirvəyə ucaldacaqsan.
         Müstəqil dövlətimin hərbi məktəbi,
         Heydər Əliyev adına hərbi məktəbi.

 

Qan Yaddaşı


Xankəndi (26.12.1991)
Xocalı (26.02.1992)
Şuşa (08.05.1992)
Laçın (17.05.1992)
Xocavəndi (02.10.1992)
Kəlbəcər (3-4.04.1993)
Ağdərə (07.07.1993)
Aağdam (23.07.1993)
Cəbrayıl (23.08.1993)
Fizuli (23.08.1993)
Qubadlı (31.08.1993)
Zəngilan (30.10.1993)

20 % - (17.000 km2)


Bütün müəllif hüquqları qorunub saxlanılır. Səhifəyə istitinad etmədən hər hansı bir şəkildə çap və ya nəşr olunması qadağandır. Hər hansı bir məlumatın dəyişdirilməsi haqqı Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin rəisinə aiddir.