Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində 2009-2010-cu təlim tədris ili üçün tələbə qəbulu elan olunmuşdur.
2009-2010–CU TƏDRİS İLİ ÜÇÜN HEYDƏR ƏLIYEV ADINA AZƏRBAYCAN ALİ HƏRBİ MƏKTƏBİNƏ TƏLƏBƏ QƏBUL QAYDALARI |
|
1. ÜMUMİ MÜDDƏALAR:
Tədris dili : Azərbaycan dili
Təhsil forması : Əyani
Təhsil müddəti : 4 il
İxtisasa bölünmə : 2-ci il başa çatdıqdan sonra
Yaş həddi : 1 sentyabr 2009-cu ilə qədər 17 yaşı tamam olan və 19 yaşına çatmayan orta məktəbi bitirmiş Azərbaycan Respublıkası vətəndaşları (yalnız oğlanlar).
Azərbaycan Alih Hərbi Məktəblərinə Qəbul olan kursantlar təhsil müddətində pulsuz yemək, geyim forması və yataqxana ilə təmin olunurlar, ayda 100 manat məbləğində təqaüdl alırlar.
2. SƏNƏDLƏRİN QƏBULU:
Azərbaycan Ali Hərbi məktəblərinə qəbul olmaq arzusunda olan namizədlər 30.04.2009- cu il tarixə kimi ərizə ilə (Ərizədə hərbi təsil müəssisəsinin adı göstərilməlidir) məktəb rəisinə müraciət etməlidirlər. Ərizəyə aşağıdakı sənədlər əlavə olunmalıdır:
- tərcümeyi hal;
- dogum haqqinda səhadətnamə və səxsiyyət vərəqəsinin surəti (dövlət notariusu tərəfindən təsdiq olunmus);
- xasiyyətnamə;
- orta təhsil haqqında sənədin surəti (cari ildəki qiymət cədvəli);
- 4 ədəd fotoşəkil ( baş geyimsiz 4,5x6 sm ölçudə);
- 18 yasi tamam olmayan namizədlər üçün valideynlərin və ya onları əvəz edən şəxslərin dövlət notariusunda təsdiq olunmuş razılıq ərizələri (valideyinləri vəfat edən varsa - olüm haqqında şəhadətnamənin surəti);
- sakit vəziyyətdə və fiziki yükdən sonra EKQ;
- qanın ümumi analizi, qan qrupu və rezus faktor;
- qanın vasserman seroloji reaksiyasına və hepatit A, B, C daşıyıcılığına təyini;
- tibbi göstərişə görə qanda İİÇV ve sifilisə görə seroloji reaksiyaların olmasına aid müayinə;
- sidiyin ümumi analizi;
- psixonevroloji, narkoloji, vərəm, dəri-zöhrəvi və digər dispanserlərdən (kabinetlərdən) qeydiyyatda olma haqqında arayışlar;
Bundan əlavə:
Azərbaycan Ali Hərbi Təyyarəçilik Məktəbinə daxil olmaq istəyənlər üçün:
- nəcisdə helmintlərin yumurtalarının və lyambiyaların sistlərinin olmasına aid müayinə
Şəxsiyyəti təstiq edən vəsiqə (doğum haqqında şəhadətnamə), çağırışçının qeydiyyat vərəqəsi, orta təhsil haqqında sənədin əsli namizəd tərəfindən şəxsən təqdim olunur.
3. HƏRBİ TƏHSİL MÜƏSSİSƏLƏRİNƏ QƏBUL (2 mərhələdə keçirilir):
I MƏRHƏLƏDƏ
AAHM-lərə qəbul olmaq arzusunda olan namizədlər hərbi həkim komissiyasından keçməlidirlər (Naxçıvan Muxtar Respublikasında yaşayanlar üçün 20-26 iyun 2009-cu il tarixlərdə Heydər Əliyev adına hərbi litseydə, digərləri - 02 may -20 iyun 2009-cu il tarixlərdə Heydər Əliyev adına AAHM-də keçiriləcək).
Hərbi həkim komissiyasından müvəffəqiyyətlə keçmiş namizədlərə dövlət test imtahanlarına buraxılış vərəqələri verilir.
II MƏRHƏLƏNİ
Dövlət Tələbə Qəbulu Komissiyası təşkil edir. Adituriyentlər I qrup üzrə:
- Riyaziyyat,
- Fizika,
- Kimya,
- Ana dili,
- Xarici dil (ingilis, fransız, alman rus dilləri), rus bölməsi üçün (ingilis, fransız, alman dilləri) fənlərindən azərbaycan dilində test imtahanları verirlər.
Namizədlər AAHM-lərə Dövlət Tələbə Qəbulu Komissiyası tərəfindən təqdim olunmuş siyahılar əsasında qəbul edilirlər.
Məzunlara müxtəlif hərbi ixtisaslarla yanaşı “Idarəetmə mühəndisliyi ” ixtisasi üzrə ali təhsil haqqında bakalavr diplomu verilir.
QEYD:
- Təhsil müddətində kursantların aylıq məvacibi 100 manat təyin edilir.
- Təhsil müddətində fərqlənən kursantlar fərdi təqaüdlərlə təmin olunurlar.
- Azərbaycan Ali Hərbi Təyyarəçilik və Azərbaycan Ali Hərbi Dənizçilik Məktəblərində oxumaq arzusunda olan kursantlarla, Heydər Əliyev adına AAHM-ə qəbul olunduqdan sonra xüsusi seçim keçirilir və təhsil almaq üçün müvafiq məktəblərə göndərilirlər.
- II kursu bitirdikdən sonra hərbi ixtisaslar üzrə bölgü keçirilir (təhsildə fərqlənən kursantlar ixtisas seçimində sərbəstdirlər);
- Sənədlər Bakı şəhəri, Ziğ qəsəbəsi, Heydər Əliyev adına AAHM ünvanında qəbul olunurlar. Əlaqə telefonu: 479-78-40. 479-78-42
- Naxçıvan Muxtar Respublikasında yaşayan gənclər sənədləri Heydər Əliyev adına hərbi litseyə təqdim edirlər. Əlaqə telefonu: 4-00-15, 4-00-16.
- İmtahanın tarixi əlavə olaraq bildiriləcəkdir.
- Əlavə məlumatlar məktəbin internet səhifəsində dərc olunacaq.
Qeyd: Qəbul qaydaları PDF formatında.
|