Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində 2014-2015-ci təlim tədris ili üçün tələbə qəbulu elan olunmuşdur.

2014-2015–CU TƏDRİS İLİ ÜÇÜN HEYDƏR ƏLIYEV ADINA AZƏRBAYCAN ALİ HƏRBİ MƏKTƏBİNƏ TƏLƏBƏ QƏBUL QAYDALARI

1. ÜMUMİ MÜDDƏALAR:
Tədris dili                  : Azərbaycan dili
Təhsil forması            : Əyani
Təhsil müddəti           : 4 il
İxtisasa bölünmə        : 1-ci il başa çatdıqdan sonra
Yaş həddi                 : 15 sentyabr 2014-cü ilə qədər 17 yaşı tamam olan və 19 yaşına çatmayan orta məktəbi bitirmiş Azərbaycan Respublıkası vətəndaşları (yalnız oğlanlar).
     Azərbaycan Alih Hərbi Məktəblərinə Qəbul olan kursantlar təhsil müddətində pulsuz yemək, geyim forması və yataqxana ilə təmin olunurlar, ayda 100 manat məbləğində təqaüdl alırlar.

2. SƏNƏDLƏRİN QƏBULU:
    Azərbaycan Ali Hərbi məktəblərinə qəbul olmaq arzusunda olan namizədlər 01.04.2014- cü il tarixindən etibarən 15.05.2014-cü il tarixə kimi ərizə ilə (Ərizədə hərbi təsil müəssisəsinin adı göstərilməlidir) məktəb rəisinə müraciət etməlidirlər. Ərizəyə aşağıdakı sənədlər əlavə olunmalıdır:
     - tərcümeyi hal;
     - dogum haqqinda səhadətnamənin surəti (dövlət notariusu tərəfindən təsdiq olunmuş);
     - səxsiyyət vərəqəsinin surəti (dövlət notariusu tərəfindən təsdiq olunmuş);
     - işlədiyi və ya oxuduğu yerdən xasiyyətnamə;
     - orta məktəbdən cari ildəki qiymət cədvəli;
     - tam orta təhsil haqqında sənədin surəti (cari ilin məzunları üçün arayış forma №63);
    - 4 ədəd fotoşəkil ( baş geyimsiz 3x4 sm ölçudə);
    - valideynlərin və ya qəyyumluq edən şəxslərin dövlət notariusunda təsdiq olunmuş razılıq ərizələri (valideyinləri vəfat edən varsa - olüm haqqında şəhadətnamənin surəti);
    - sakit vəziyyətdə və fiziki yükdən sonra EKQ;
    - exokardioqrafiya;
    - qanın ümumi analizi, qan qrupu və rezus faktor;
    - qanın vasserman seroloji reaksiyasına və hepatit B, C daşıyıcılığına təyini;   
    - tibbi göstərişə görə qanda İİÇV ve sifilisə görə seroloji reaksiyaların olub-olmamasına aid müayinə;
    - sidiyin ümumi analizi;
    - psixonevroloji, narkoloji, vərəm, dəri-zöhrəvi və digər dispanserlərdən (kabinetlərdən) qeydiyyatda olub-olmaması haqqında arayışlar;
        Bundan əlavə:
      Azərbaycan Ali Hərbi Təyyarəçilik Məktəbinə daxil olmaq istəyənlər üçün:
     - nəcisdə helmintlərin yumurtalarının və lyambiyaların sistlərinin olub-olmamasına aid müayinə
 
     Şəxsiyyəti vəsiqəsi (doğum haqqında şəhadətnamə), hərbi qeydiyyat haqqında sənəd və tam orta təhsil haqqında sənədin əsli namizəd tərəfindən şəxsən təqdim olunur.

 3. HƏRBİ TƏHSİL MÜƏSSİSƏLƏRİNƏ QƏBUL (2 mərhələdə keçirilir):

     I MƏRHƏLƏDƏ
          AAHM-lərə qəbul olmaq arzusunda olan namizədlər hərbi həkim komissiyasından keçməlidirlər (Naxçıvan Muxtar Respublikasında yaşayanlar üçün Heydər Əliyev adına hərbi litseydə, digərləri - 01 may -10 iyun 2014-cü il tarixlərdə Heydər Əliyev adına AAHM-də keçiriləcək).
     Hərbi həkim komissiyasından müvəffəqiyyətlə keçmiş namizədlərə dövlət test imtahanlarına buraxılış vərəqələri verilir.

     II MƏRHƏLƏNİ
          Dövlət Tələbə Qəbulu Komissiyası təşkil edir. Adituriyentlər I qrup üzrə:
     - Riyaziyyat,
     - Fizika,
     - Kimya,
     - Ana dili,
     - Xarici dil
        
fənlərindən Azərbaycan dilində test imtahanları verirlər.

          Namizədlər AAHM-lərə Dövlət Tələbə Qəbulu Komissiyası tərəfindən təqdim olunmuş siyahılar əsasında qəbul edilirlər.

     Məzunlara müxtəlif hərbi ixtisaslarla yanaşı ali təhsil haqqında bakalavr diplomu verilir.

 QEYD:


   - Təhsil müddətində fərqlənən kursantlar aylıq məvacibdən əlavə fərdi təqaüdlərlə təmin olunurlar.
   - Azərbaycan Ali Hərbi Təyyarəçilik və Azərbaycan Ali Hərbi Dənizçilik Məktəblərində oxumaq arzusunda olan kursantlarla, Heydər Əliyev adına AAHM-ə qəbul olunduqdan sonra xüsusi seçim keçirilir və təhsil almaq üçün müvafiq məktəblərə göndərilirlər.
   - I kursu bitirdikdən sonra hərbi ixtisaslar üzrə bölgü keçirilir ;   
    - Sənədlər Bakı şəhəri, Ziğ qəsəbəsi, Heydər Əliyev adına AAHM ünvanında qəbul olunurlar. Əlaqə telefonu: 479-78-43
    - Naxçıvan Muxtar Respublikasında yaşayan gənclər sənədləri Heydər Əliyev adına hərbi litseyə təqdim edirlər. Əlaqə telefonu: 544-00-15, 544-00-16.         
    - İmtahanın tarixi əlavə olaraq bildiriləcəkdir.
    - Əlavə məlumatlar məktəbin internet səhifəsində dərc olunacaq.

Qeyd: Əlavə məlumatları məktəbin qəbul komissiyasından ala bilərsiniz.

 

Qan Yaddaşı


Xankəndi (26.12.1991)
Xocalı (26.02.1992)
Şuşa (08.05.1992)
Laçın (17.05.1992)
Xocavəndi (02.10.1992)
Kəlbəcər (3-4.04.1993)
Ağdərə (07.07.1993)
Aağdam (23.07.1993)
Cəbrayıl (23.08.1993)
Fizuli (23.08.1993)
Qubadlı (31.08.1993)
Zəngilan (30.10.1993)

20 % - (17.000 km2)


Bütün müəllif hüquqları qorunub saxlanılır. Səhifəyə istitinad etmədən hər hansı bir şəkildə çap və ya nəşr olunması qadağandır. Hər hansı bir məlumatın dəyişdirilməsi haqqı Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin rəisinə aiddir.