HEYDƏR ƏLİYEV ADINA AZƏRBAYCAN ALİ HƏRBİ MƏKTƏBİN KURSANTLARININ “TƏLƏBƏLƏRİN XIII RESPUBLİKA FƏNN OLİMPİADASINDA” İŞTİRAKI

         2008-ci ilin oktyabr ayında Azərbaycan Respublikası Təhsil Nazirliyinin dəstəyi ilə Azərbaycan Dövlət Pedaqoji Universitetinin nəzdində Tələbələrin XIII Respublika fənn olimpiadası təşkil edilib keçirilmişdir. 
         Bu olimpiadaya Respublikanın bir çox qabaqcıl təhsil ocaqlarından olan tələbələrlə yanaşı Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbindən 16,  Azərbaycan Ali Hərbi Dənizçilik Məktəbindən 1 və Azərbaycan Ali Hərbi Təyyarəçilik Məktəbindən isə 1 kursant olmaqla ümumilikdə 18 kursant cəlb olunaraq öz bilik və bacarıqlarını sınamışlar. 
Olimpiadada kursantlar İnformatika, Ali riyaziyyat, Fizika, İngilis dili və Azərbaycan tarixi fənlərindən sınaqlara cəlb olunmuşlar.  
         Ötən ilin dekabr ayında Azərbaycan Respublukası Təhsil Nazirinin müvafiq əmri ilə “Odlar Yurdu” Universitetinin nəzdində olimpiadanın yekun toplantısı keçirilmiş və qaliblər mükafatlandırılmışdır.
         Olimpiadanın yekun nəticələrinə görə I taborun kursantları Ələsgərov Arif Vaqif oğlu “Fizika” fənni üzrə II yeri, Fərzəliyev Mahir Sahib oğlu “Ali riyaziyyat” fənni üzrə həvəsləndirici IV yeri, Azərbaycan Ali Hərbi Dənizçilik Məktəbinin kursantı Məmmədov Nicat Faiq oğlu isə “İngilis dili” fənnindən III yeri tutmuşlar. Qaliblər Azərbaycan Respublukasının Təhsil Naziri tərəfindən müxtəlif nominasiyalı pul mükafatları və qiymətli hədiyyələrlə təltif olunmuşlar.
Bu nailiyyətlərin əldə olunmasında Məktəbin Elmi- tədqiqat bölməsinin zabit və professor heyəti ilə birlikdə Riyaziyyat- Fizika və Xarici dillər kafedralarının professor- müəllim heyətinin əməyi böyük olmuşdur.
         Sevindirici haldır ki, Azərbaycan Respublukası Təhsil Nazirinin əmrinə əsasən məktəbin müəllimləri- Fizika- riyaziyyat elmləri namizədi Veysova Səltənət Əkbər qızı, Fizika- riyaziyyat elmləri namizədi Hüseynov Aydın Müseyib oğlu, Texnika elmləri namizədi Həbibullayev Səlahəddin Bəxtiyar oğlu və dosent Əliyeva Sevinc Ağamirzə qızı olimpiadanın münsilər heyətinə üzv təyin olunmuşlar.
         Olimpiadada uğurla iştşrak etdiklərinə görə bütün kursantlar, onların elmi rəhbərləri, eləcə də olimpiadanın münsilər heyətinə üzv təyin olunmuş professor- müəllimlər Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbi rəisinin əmri ilə əlavə olaraq müxtəlif nominasiyalı pul mükafatları, qiymətli hədiyyələr və fəxri fərmanlarla təltif olundular. Bu münasibətlə məktəbin sıra meydanında ümumi toplantı keçirildi. Məktəb rəisi general- mayor Heydər Piriyev və müşavir albay Levent Karapınar fənn olimpiadası iştirakçılarını və bu işdə əməyi olan bütün zabit və müəllim heyətini şəxsən təbrik edərək onlara gələcək elmi və pedaqoji fəaliyyətlərində uğurlar arzuladılar və mükafatları təqdim etdilər.
                                                                        

                                                Arzu İSMAYILOV

Qan Yaddaşı


Xankəndi (26.12.1991)
Xocalı (26.02.1992)
Şuşa (08.05.1992)
Laçın (17.05.1992)
Xocavəndi (02.10.1992)
Kəlbəcər (3-4.04.1993)
Ağdərə (07.07.1993)
Aağdam (23.07.1993)
Cəbrayıl (23.08.1993)
Fizuli (23.08.1993)
Qubadlı (31.08.1993)
Zəngilan (30.10.1993)

20 % - (17.000 km2)


Bütün müəllif hüquqları qorunub saxlanılır. Səhifəyə istitinad etmədən hər hansı bir şəkildə çap və ya nəşr olunması qadağandır. Hər hansı bir məlumatın dəyişdirilməsi haqqı Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin rəisinə aiddir.