TƏLƏBƏLƏRİN XIII RESPUBLİKA FƏNN OLİMPİADASINDA KURSANTLARIN İŞTİRAKI

            2008- ci il oktyabr ayının 21- də Azərbaycan Respublikası Təhsil Nazirliyinin dəstəyi ilə Azərbaycan Dövlət Pedaqoji Universitetinin nəzdində tələbələrin XIII Respublika fənn olimpiadası təşkil edilib keçirilmişdir.
            Olimpiadanın keçirilməsində məqsəd gələcəkdə elmi cəhətdən savadlı, geniş dünyagörüşü və yaradıcılıq qabiliyyətlərinə malik gənc nəslin hazırlığı istiqamətində Ali məktəb tələbələrinin fəaliyyəti, onlar tərəfindən müstəqil şəkildə aparılan elmi- tədqiqat işlərinin keyfiyyətinin yüksəldilməsi və həmçinin təbiət və fundamental elmlərin, eləcə də xarici dillərin öyrənilməsinə meyilli tələbələr arasından ən yaxşılarının seçilməsi və gələcəkdə xarici ölkələrdə keçiriləcək bu kimi tədbirlərdə onların iştirakının təmin olunması olmuşdur.
İlk olaraq Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində olimpiadanın I turu keçirilmiş və ən güclü kursantlar seçilərək II turda Respublika olimpiadasında iştirak etmək üçün Azərbaycan Respublikası Təhsil Nazirliyinə təqdim olunmuşlar. Hazırlıq ərəfəsində elmi rəhbərlər tərəfindən kursantlara yaxından köməklik göstərilərək mürəkkəb riyazi məsələlərin həlli və xarici dillərdə danışmanın qrammatik üsulları onlara bir daha aşılanmışdır.
            Olimpiadaya Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbindən 16, AAHDM və AAHTM- dən hər birindən 1 kursant olmaqla cəmi 18 nəfər cəlb olunmuş və yüksək nəticələr əldə etmişlər. Onlardan I taborun kursantları Ələsgərov Arif Vaqif oğlu “Fizika” fənnindən II,  Fərzəliyev Mahir Sahib oğlu “Ali riyaziyyat” fənnindən IV və AAHDM- nin IV kurs kursantı Məmmədov Nicat Faiq oğlu “İngilis” dilindən mükafata layiq III yeri tutmuşlar.
            Sevindirici haldır ki, bu il Azərbaycan Respublikası Təhsil Nazirinin müvafiq əmrinə əsasən Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin 4 müəllimi fənn olimpiadasının münsiflər heyətinə daxil edilmişdir.

  1. Fizika və riyaziyyat kafedrasının dosenti, Fizika- riyaziyyat elmləri namizədi

            Veysova Səltənət Əkbər qızı;

  1. Fizika və riyaziyyat kafedrasının dosenti, Fizika- riyaziyyat elmləri namizədi

            Hüseynov Aydın Müseyib oğlu;
-  İdarəetmə kafedrasının professoru, Texnika elmləri namizədi Həbibullayev Səlahəddin Bəxtiyar oğlu;

  1. Xarici dillər kafedrasının dosenti, Əliyeva Sevinc Ağamirzə qızı;

            2008- ci ilin 16 dekabr tarixində “Odlar Yurdu” Universitetinin bazasında XIII Respublika fənn olimpiadasının qalibləri və onların elmi rəhbərlərinin mükafatlandırılma mərasimi keçirilmişdir. Qaliblər və elmi rəhbərlər Azərbaycan Respublikası Təhsil Naziri tərəfindənm müvafiq diplomlar, qiymətli hədiyyə və pul mükafatları ilə təltif olunmuşlar. Elə həmin gün adı çəkilən Universitetinin bazasında Ali məktəb tələbələrinin XXI Respublika elmi konfransı və “Ən yaxşı elmi- tədqiqat işi” müsabiqəsi öz işinə başlamışdır. Konfransda məktəbin 19 nəfər kursantı iştirak etmişdir.
            P. S. Əlavə olaraq Fənn olimpiadası qaliblərininin mükafatlandırılması üçün məktəbdə təntənəli yığıncaq keçirilmiş və məktəb rəisi general- mayor Heydər Piriyev qalibləri və onların elmi rəhbərlrərini müvafiq nominasiyalı pul mükafatları və fəxri fərmanlarla təltif etmişdir.

                                                Arzu İSMAYILOV

 

Qan Yaddaşı


Xankəndi (26.12.1991)
Xocalı (26.02.1992)
Şuşa (08.05.1992)
Laçın (17.05.1992)
Xocavəndi (02.10.1992)
Kəlbəcər (3-4.04.1993)
Ağdərə (07.07.1993)
Aağdam (23.07.1993)
Cəbrayıl (23.08.1993)
Fizuli (23.08.1993)
Qubadlı (31.08.1993)
Zəngilan (30.10.1993)

20 % - (17.000 km2)


Bütün müəllif hüquqları qorunub saxlanılır. Səhifəyə istitinad etmədən hər hansı bir şəkildə çap və ya nəşr olunması qadağandır. Hər hansı bir məlumatın dəyişdirilməsi haqqı Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin rəisinə aiddir.